Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tovuzda avtomobil aşıb, ana və övladı xəsarət alıb

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.