Abşeron rayonunda intihar hadisəsi baş verib. Abşeron rayonunda intihar hadisəsi baş verib.

26 yaşlı oğlan özünü tövlədə asdı

Abşeron rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Bürcəliyev yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az