- Köhnə - Hadisə
- 26 Avqust 2017 19:59
- 3 330
14 yaşlı oğlanı avtomobil vurdu
Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
AzNews.az