Sankt Peterburq şəhərinə qonaq gedən azərbaycanlıya 5 dəfə atəş açılıb. Sankt Peterburq şəhərinə qonaq gedən azərbaycanlıya 5 dəfə atəş açılıb.

Rusiyaya qonaq gedən azərbaycanlı qətlə yetirilib

Sankt Peterburq şəhərinə qonaq gedən azərbaycanlıya 5 dəfə atəş açılıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt Peterburq yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlı güllələnib. Şahidlərin dediyinə görə, ona 5 dəfə atəş açıblar. Yaralını Toksovski xəstəxanasına aparsalar da həkimlər onu xilas edə bilməyiblər.

Araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs saxlanılıb. Ondan “Sayqa” markalı karabin götürülüb. Polis cinayətin motivini araşdırır. Məlumata görə adı çəkilməyən azərbaycanlı Rusiyaya qonaq gedibmiş.

Lalə Nurəddinqızı

AzNews.az