02:24
(077) 610-22-33

Binə Ticarət Mərkəzi yenə yandı

  • >
429 20 Fevral 2013 09:55 | Hadisə

Binə Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən "Binə" Ticarət Mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X