03:43
(077) 610-22-33

Sürücü nəqliyyat müfəttişləri tərəfindən döyüldü - VİDEO

  • >
278 20 Fevral 2013 10:30 | Hadisə

İl yenilənsə də taksi sürücüləri ilə nəqliyyat müfəttişləri arasındakı münasibət yenilənməyib, elə köhnə ampulasındadır.

Yenə də hər iki tərəf bir-birinə az qala düşmən kəsilib. Bu gün nəqliyyat müfəttişləri ilə taksi sürücüsünün növbəti dueli Nərimanov rayonunda baş tutub. Qüvvələr isə həmişəki kimi yenə də qeyri bərabər olub.

Namiq Quliyev, döyülən sürücü: "Heydər Əliyev prospektinə gedirdim, yolda bir nəfər cavan oğlan əl elədi götürdüm. Oturdu maşına əl atdı açarlara, dedi düş maşından".

Avtomobildən düşmək istəməyən sürücüyə daha sonra iki nəfər də yaxınlaşıb. Namiq Quliyevin bildirdiyinə görə, sonradan gələn nəqliyyat müfəttişliyinin iki əməkdaşı onu maşınından düşürərək dartıb yerə salıblar.

Namiq Quliyev iddia edir ki, o, taksi fəaliyyəti ilə məşğul olmayıb. Sadəcə zərurət olanda atasına məxsus VAZ 21 011 markalı avtomobili idarə edirmiş. Onun sözlərinə görə, atası bu avtomobillə bazara tərəvəz daşıyır və maşın nəqliyyat müfəttişləri tərəfindən aparılanda da avtomobilin yük yeri tərəvəzlə dolu olub. Avtomobilinin hara aparıldığını bilməyən Namiq Quliyevə yoldan keçən insanlar kömək edərək onu 1 saylı xəstəxanaya gətiriblər. Burda isə həkimlər Namiqə bel və yuxarı bud nahiyəsinin əzilməsi və qarın boşluğunun travması diaqnozu qoyublar. Nəqliyyat Nazirliyində isə bu gecə baş vermiş hadisə ilə araşdırmalar aparılır.

Namiq Həsənov, Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri: "Araşdırma nəticəsində məlum olacaq ki, o bizim işçilərdir, yoxsa yox. Əgər günahkar Nəqliyyat Nazirliyinin əməkdaşları olsa belə işdən qovulacaq".

Namiq Həsənov ANS-ə onu da bildirib ki, nəqliyyat müfəttişlərinə bu kimi halların baş verməməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar yenə sürücüləri döymək hallarını davam etdirirlər.

Bağla X