18:56
(077) 610-22-33

Şəkidə intihar edən polisin son sözü: “Həyətə çıxıb...”

  • >
43 657 10 Oktyabr 11:46 | Hadisə

Şəkidə 4 uşaq atası olan polis əməkdaşının intiharının bəzi təfərrüatları məlum olub.

Turan qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Fəxrəddin Əliyev oktyabrın 9-da axşam saat 22:00 radələrində intihar edib:

“Axşam ailəsi ilə birlikdə olub. Evdə həyat yoldaşına deyib ki, “həyətə çıxıb gəlirəm”. Yoldaşı da gözləyib, görüb ki, saatlar keçib, amma bu gəlmir. Evdən çıxıb ki, görsün yoldaşı hardadır. Bir də baxıb həyətin ortasındakı heyva ağacından nəsə asılıb. Yaxınlaşanda görüb ki, Fəxrəddinin boğazında ip, özünü asıb”.

Sakinlərin sözlərinə görə, Fəxrəddin Əliyevin səhhətində heç bir problem yoxdur: “Gözəl bir ailəsi var. Hər ailənin özünə görə problemi var. Görünür ya ailədaxili, ya da şəxsi məsələ olub”.

Qeyd edək ki, Şəkidə intihar hadisəsi olub. Rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X