İmişlidə ağır qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub. İmişlidə ağır qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

İmişlidə ağır qəza - ölən və yaralananların şəxsiyyəti məlum olub (Yenilənib)

İmişlidə ağır qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza zamanı İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.

İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.