Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

“Toyota Prado” aşdı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, Yevlax rayonunun Xaldan qəsəbəsində “Toyota Prado” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Yevlax və Mingəçevir şəhər Mərkəzi Xəstəxanalarına yerləşdirilib. Xəsarət alanlardan ikisinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının əməkdaşları olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırma aparır.

AzNews.az