Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda üç avtomobil toqquşdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsi yaxınlığında “Opel”, “Mercedes” markalı minik avtomobilləri ilə “Ford transit” mikroavtobusu toqquşub.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.

AzNews.az