00:16
(077) 610-22-33

Siyavuş Novruzovun iranlı “dostu” türk səfiri hədəfə aldı

  • >
299 28 Fevral 2013 16:01 | Hadisə

Təbrizdə "Traktor" komandasının "Əl-Cəzirə" komandası ilə oyunu zamanı "Güney Azərbaycan İran deyil" pankartının qaldırılması İran mətbuatında geniş müzakirə edilir. İranın "javanonline" saytı pankartı qaldıranları seperatçı adlandırıb.

Təbrizin və onun futbol komandasının İrana məxsus olduğunu bildirən analitiklərin fikrinə geniş yer verən xəbər saytları Milli Məclisin üzvü Səyavuş Novruzova məktubları ilə tanınan Mənsur Həqiqətpurun fikirlərini də yayımlayıb.

M. Həqiqətpur Türkiyənin İrandakı səfirini hədəfə alaraq "Bəzi ölkələr İran gənclərini çaşdırmaq istəyir. Ancaq düşünməsinlər ki, bu, onlara nəsib olacaq. Türkiyə səfiri Təbrizin futbol komandasının oyununa qırmızı köynəkdə gəlir, Türkiyə bayrağı qaldırır və bu komandaya azarkeşlik edir".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X