20:36
(077) 610-22-33

Baş Prokurorluq AzNews.az-ın xəbərini təsdiqlədi

  • >
134 1 Mart 2013 16:21 | Hadisə



Dünən verdiyimiz xəbərə görə, Gülər Əhmədovanın Türkiyədəki adamı Səlcuq Çağlayanı dindirmək üçün Azərbaycandan xüsusi istintaq qrupu Türkiyəyə yola düşüb.

Xəbəri bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sulatanov da təsdiq edib. E.Sultanov modern.az-a açıqlamasında bildirib ki, Bakı şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə istintaq qrupunun üzvü Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar həyata keçirilən bəzi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək məqsədi ilə qısa müddətə həmin ölkəyə ezam olunub:

"Türkiyə vətəndaşı Səlcuk Ağlayanın həbs olunması barədə sualınıza gəldikdə isə bu barədə Azərbaycan Prokurorluğuna hər hansı bir məlumat daxil olmayıb".

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi adı çəkilən Səlcuq Ağlayan Türkiyədə gizlənərək vəfat edən Sevinc Babayevaya saxta sənəd təmin etməkdə, ona qalmaq üçün mənzil kirayələməkdə ittiham edilir.

İlkin
AzNews.az

Bağla X