06:04
(077) 610-22-33

41 tibb işçisininn diplomu saxta çıxdı

  • >
221 4 Mart 2013 17:55 | Hadisə

Azərbaycanda səhiyyə müəssisələrində çalışan 41 nəfərin diplomunun saxta olduğu müəyyənləşib. APA-nın xəbərinə görə, bu barədə Ombudsman Elmira Süleymanovanın 2012-ci ilin yekunlarına dair Milli Məclisə təqdim etdiyi hesabatda məlumat verilir.

Məruzədə bildirilir ki, Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, tibb işçilərinin sertifikatlaşdırılması ilə əlaqədar səhiyyə müəssisələrində çalışan orta tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması aparılıb, nəticədə 41 saxta diplom aşkar olunaraq toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

AzNews.az
Bağla X