Hacı Mirəziz Seyidzadə: “Onların pulu səhnədən, qadın paltarı geyməkdən çıxır, geyinsinlər də” Hacı Mirəziz Seyidzadə: “Onların pulu səhnədən, qadın paltarı geyməkdən çıxır, geyinsinlər də”

Qazilər Şurasından Rəfael və Coşquna dəstək

Hacı Mirəziz Seyidzadə: “Onların pulu səhnədən, qadın paltarı geyməkdən çıxır, geyinsinlər də”



Milli Məclisin deputatı Fazil Mustafa AzNews.az-a açıqlamasında "Bu şəhərdə"nin qadın paltarlı aktyorlarının ünvanına belə bir ifadə işlədib: "Əqidəsizlik - Allaha bağlılığın bir epizodu olan həcc ziyarətinə gedib qayıtdıqdan sonra kişinin qadın paltarı geyinməsindən başlayır".

Din kişinin, ələlxsus da həcc ziyarətinə gedib gələnlərin qadın paltarı geyinməsinə imkan verirmi?

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə AzNews.az-a açıqlamasında müsəlman dininin buna yol verdiyini dedi: "Din buna yol verir. Əgər həmin şəxs həccə gedib ziyarət edibsə, deməli o, Allah qarşısında öz borcunu yerinə yetirib. Bunun onun sənəti ilə heç bir əlaqəsi yoxdur. Rəfael və Coşqun aktyordur. Pulu səhnədən, qadın paltarı geyməkdən çıxır. Nə olacaq? Geyinsin də. O, evinə, ailəsinə çörəyi qadın paltarı geyinməklə aparır".

Bahar Rüstəmli
AzNews.az