Biləsuvar şəhərində ağır yol qəzası baş verib. Biləsuvar şəhərində ağır yol qəzası baş verib.

Avtomobillər toqquşdu - Ölən və yaralananlar var

Biləsuvar şəhərində ağır yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Bəydilli kənd sakini 1972-ci il təvəllüdlü Dadaşov Zahid Balaqardaş oğlu ölüb. Sürücülərdən biri rayon sakini 1998-ci il təvəllüdlü Ağazadə Tağı Musa oğlu və sərnişin Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzov Nurlan Elxan oğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hadisəyə ilkin səbəb olaraq, yüksək sürət göstərilir.

Faktla bağlı araşdırmalara başlanılıb.