- Köhnə - Hadisə
- 25 Aprel 2018 19:31
- 2 093
Lənkəranda kütləvi dava - Xəsarət alanlar var
Lənkəran şəhərinin mərkəzindəki bazar ərazisində, çayxanada kütləvi dava baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 1958-ci il təvəllüdlü Azər Ağabala oğlu Musayev və digər bir sürücü, 1970-ci il təvəllüdlü İslam İsa oğlu Hüseynovla sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Nəticədə A. Musayev və İ. Hüseynov sərnişin tərəfindən döyülüb.
Onlar xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.