Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.