Salyan rayon sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb. Salyan rayon sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

Yük maşını ilə bacısı və oğlunun üstündən keçdi - Yenilənib

Salyan rayon sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, 4 yaşlı Əli Məmmədov "KamAZ" kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb. Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu "KamAZ"ın altında qalıb. Hadisə zamanı 4 yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, G.Məmmədova "KamAZ"ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

***
16:31

Salyanda yük maşını piyadaları vurub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb.

“KamAZ” markalı yük maşını yolu keçən 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladını vurub. Uşaq hadisə yerində ölüb, ana isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az