İyulun 15-də Xaçmaz şəhərində yaşayış evində yanğın baş verib. İyulun 15-də Xaçmaz şəhərində yaşayış evində yanğın baş verib.

Xaçmazda ikimərtəbəli ev yandı - Foto

İyulun 15-də Xaçmaz şəhərində yaşayış evində yanğın baş verib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın şəhərin Əli Bayramov küçəsində Kərim Ağaverdiyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

image description