“Sumqayıtda işgəncəyə məruz qaln itin gözləri amputasiya olunacaq”. “Sumqayıtda işgəncəyə məruz qaln itin gözləri amputasiya olunacaq”.

İtin hər iki gözü amputasiya olunacaq - Yenilənib - Video

“Sumqayıtda işgəncəyə məruz qaln itin gözləri amputasiya olunacaq”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Heyvanları Müdafiəsi ictimai birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mənsurov Sumqayıtda gözləri çıxarılan itin vəziyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, yaralı it hazırda Mərdəkanda sığınacaqdadır: “Vəziyyəti çox pisdir, ona yaxın durmaq olmur, əl vuranda ürəyi gedir. Sabah onu sığınacaqdan Alfavet klinikasına aparacayıq. Gözlərinin heç biri görmür, tamamiylə onu ovublar”.

Fərid Mənsurov qeyd edib ki, itin gözlərində əməliyyat gələn həftə aparılacaq: “İndi ona əl vurmaq olmur. Narkoza dözə bilməz, həddindən artıq işgəncəyə məruz qalıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az

***

10:40

İtin iki gözünü də çıxartdılar - Sumqayıtda vəhşilik-Video

Sumqayıtda sahibsiz itə qarşı vəhşilik törədilib.

AzNews.az xəbər verir ki, naməlum şəxslər sahibsiz itin gözlərini çıxarıblar. Sumqayıt şəhərinin Nizami küçəsinin 5 nömrəli binanın bloklarından birində yaralı vəziyyətdə tapılan it tibbi yardım məqsədilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinə aparılıb. Yaralı olan it həddindən artıq aqressiv olduğundan ona ilkin yardım göstərmək mümkün olmayıb.

İtə qarşı bu vəhşiliyi törədən şəxslər axtarılır.

Bahar RÜSTƏMLİ

AzNews.az