“Xoca” filminin plagiat olması təsdiqləndi

"Xoca" filmi yenə gündəmə gəldi. Amma bu dəfə rusiyalı reyissor Aleksandr Kott tərəfindən. "Brest qalası"nın rejissoru "Modern.az" a açıqlamasında "Xoca"nın plagiat olduğuna işarə edərək deyib: "Maraqlıdır... Lakin mən heç bir tədbirə əl atmayacağam"

ANS Şirkətlər Qurupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmədov isə AzNews.az-a rus rejissorun "Xoca" ilə bağlı səsləndirdiyi fikirlər haqda danışmaq istəmədiyini bildirdi: ""Xoca" ilə bağlı söhbət qurtardı. Mən bu barədə danışmaq istəmirəm".

Xatırladaq ki, kino sahəsi üzrə bir sıra ekspertlər "Xoca" filminin "Brest qalası"dan plagiatlıqda ittiham edir.

Bahar Rüstəmli
AzNews.az