- Fanat
- 19:02
- 1 455
Azərbaycan I Liqası: Çempionluq uğrunda mübarizə aparan klubların duelində qol vurulmayıb
Azərbaycan I Liqasının XIV turunda çempionluq uğrunda mübarizə aparan "Səbail" və "Şəfa klubları üz-üzə gəliblər.
AzNews.az xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda qalib müəyyənləşməyib - 0:0.
Turnir cədvəlinə 32 xalla "Şəfa" başçılıq edir. Ötən mövsüm Premyer Liqanı tərk edən "Səbail" 26 xalla üçüncüdür.
Qeyd edək ki, I Liqanı ilk pillədə başa vuran komanda birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək. İkinci olan komanda isə Premyer Liqanı 11-ci sırada bitirən kollektivlə pley-off mərhələsində qarşılaşacaq.