- Hadisə
- 19:13
- 1 882
Salyanda bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq ölüb
Salyanda baş verən hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindədir.
Aznews.az xəbər verir ki, Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.