İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib. İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

Gənc qız özünü öldürmək istədi

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Talıstan kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Günel Mirağa qızı Abdullayeva sirkə turşusu içərək özünü öldürmək istəyib. Hadisədən xəbər tutan G.Abdullayevanın valideynləri onu dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən G.Abdullayevanın vəziyyəti ağırdır.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az