06:43
(077) 610-22-33

Bakıda yeni piyada keçidi tikilir

  • >
3 266 1 May 2013 07:51 | Hadisə

Binəqədi rayonunda 179 saylı məktəbin qarşısında yeni piyada keçidinin tikintisinə artıq başlanıldı. Bu barədə AzNews.az Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Mürsəliyev bildirib ki, keçidin qapalı boyu 52,4, eni 4,5, hündürlüyü isə 3,3 m olacaq. Ərazidə mühəndis kommunikasiya qurğuları - rabitə və su xəttləri yerləşdiyi üçün adiyyatı qurumlara müraciət olunub.

35 m məsafədə qazıntı işləri həyata keçirilib. Yaxın günlərdə beton işlərinə start veriləcək. Tikinti işlərinin yay aylarında başa çatdırlması nəzərdə tutulub.

AzNews.az
Bağla X