- Köhnə - Hadisə
- 1 May 2013 08:18
- 2 112
Sürücülərin nəzərinə: Heydər Əliyev prospekti bu gün bağlı olacaq
Paytaxtın Heydər Əliyev prospekti bu gün nəqliyyatın hərəkəti üçün bağlanacaq.
SalamNews xəbər verir ki, yolun bağlanmasına səbəb Bakıda start götürəcək "TOUR D AZERBAIDJAN" beynəlxalq velosiped turunun başlanması ilə əlaqədardır. Turun 1-ci və 5-ci mərhələləri çərçivəsində Bakı şəhərində bir sıra prospektlər və yollarda nəqliyyatın hərəkəti dayandırılacaq və ya məhdudlaşdırılacaq.
Turun ilk günü, mayın 1-də Heydər Əliyev prospektinin saat 10.30-dan 14.00-dək nəqliyyatın hərəkəti üçün bağlanacaq.
"Qafqazinfo" xəbər verir ki, velosiped turu Heydər Əliyev mərkəzi – metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq. Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək "Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı" marşrutu üzrə keçiriləcək. Üçüncü mərhələ mayın 3-də "Qəbələ - Oğuz – Şəki – Oğuz- Qəbələ", dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı", beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək. Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.
AzNews.az