02:53
(077) 610-22-33

MTN-nin əməliyyatı zamanı 11 nəfər həbs olundu

  • >
310 1 May 2013 14:08 | Hadisə

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

MTN-dən AzNews.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Qasımov İlqar Mirməhərrəm oğlu saxlanılıb. Müəyyən edilib ki, İlqar Qasımov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Hafiz adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 707,61 qram qurudulmuş marixuananı İran istiqamətindən qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirib.

Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılmış, ondan külli miqdarda narkotik vasitə olan - 6,60 qram heroin, 4,82 qram tiryək, 82,16 qram həşiş qətranı və 23,30 qram qurudulmuş marixuana götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Salmanova Telbəin Zülfüqar qızı və Kalov Samir Kamandar oğlu saxlanılmışlar. Müəyyən edilmişdir ki, Telbəin Salmanova və Samir Kalov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Salamat adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 627,96 qram heroini İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Cəlilov Rauf Şahbaba oğlu, Fəttayev Samir Akir oğlu və Seyfullayev Cəlal Sənhan oğlu saxlanılmışlar. Müəyyən edilmişdir ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Xurşud və Babək adlı vətəndaşları cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 971,79 qram həşiş qətranını və 0,98 qram tiryəki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiribıər.

2013-cü il aprelin 28-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abbasov Təyyar Yusif oğlu, Musazadə Pərviz Çingiz oğlu və Abbasov Elxan Voroşil oğlu saxlanılmış, sonuncuya məxsus "AzSamand" markalı avtomobilə keçirilmiş baxış zamanı oradan 9 kiloqram 327,91 qram qurudulmuş marixuana və 581,51 qram heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Təyyar Abbasov, Pərviz Musazadə və Elxan Abbasov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Təvəkkül adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədi ilə İrandan Azərbaycana qaçaq yolla gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü, Astara rayonunun Şahağacı kənd sakini Cəfərov Coşqun Mais oğlu Moskva şəhərinin Şeremetyevo hava limanında saxlanılmış, onun üzərindən 477 qram heroin aşkarlanaraq götürülüb. Müəyyən edilmişdir ki, Coşqun Cəfərov İranda əldə etdiyi həmin narkotik vasitəni 109 ədəd xüsusi bükülü halında udaraq, onları mədəsində "Tehran-Moskva" aviareysi üzrə təyyarə ilə Rusiya Federasiyasına gətirib.

Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.

AzNews.az
Bağla X