06:45
(077) 610-22-33

Bakıda yeni yol salınacaq

  • >
135 6 May 2013 08:30 | Hadisə

Xırdalan dairəsi adlanan ərazidən Bakı Dairəvi-1 avtomobil yolunun başlanğıc hissəsinə birləşəcək iki həkərət zolaqlı yeni yolun salınması planlaşdırılır.

Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr gedir.

"Yəqin ki, yaxın zamanlarda bu işlərə də başlanacaq"-deyə Mürsəliyev qeyd edib.

Mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, artıq Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 9-cu kilometrliyində, Bakı Beynəlxalq Avtovağzalı ərazisi yaxınlığında dəmiryolu üzərindəki yol ötürücüsünün yanında yeni yol ötürücüsünün tikintisinə də başlanılıb. İnşa olunan həmin yol ötürücü 4 aşırımlı, 2 hərəkət zolaqlı olacaq. Onun tikintisi başa çatdıqdan sonra dəmiryolu üzərindəki mövcud yol ötürücü söküləcək və yenidən inşa ediləcək.

Qeyd edək ki, mövcud 2 gediş və 2 gəlişli 3 aşırımlı yol ötürücüsünün uzunluğu 105 metr, eni isə 13,5 metrdir.

Yeni 4 aşırımlı yol ötürücüsünü inşa etməkdə məqsəd Bakıya giriş zamanı yaranan tıxacın aradan qaldırılmasıdır.

"Dəmiryolu üzərindəki yol ötürücüsünün altında dairə yaradılacaq. Məqsəd Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindən gələn nəqliyyat vasitələrini Bakı şəhəri istiqamətinə, Bakı Beynəlxalq Avtovağzalı istiqamətindən gələn nəqliyyat vasitələrini Biləcəriyə yönləndirmək, müxtəlif istiqamətələrə hərəkəti tənzimləməkdir", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

AzNews.az
Bağla X