02:33
(077) 610-22-33

Daxili orqanından narkotik aşkarlandı

  • >
446 15 May 2013 11:01 | Hadisə

Vətəndaşın daxili orqanında dörd büküm narkotik vasitə aşkar edilib

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Seymur Ocaqovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə ümumi xalis çəkisi 192,312 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 23,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

AzNews.az
Bağla X