19:18
(077) 610-22-33

Bakıda daha bir polis zorakılığı

  • >
247 16 May 2013 11:10 | Hadisə

Mayın 16-da "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polislə vətəndaşlar arasında qarşıdurma olub

Bir qrup şəxs Ədliyyə Nazirliyinə şikayət üçün müraciət edib. Əksəriyyəti qadınlar olan şəxslər nazirlikdən çıxdıqdan sonra marşrut avtobusuna miniblər. Amma "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polis əməkdaşları marşrut avtobusunu saxlatdırıb, şikayətçiləri yerə düşürüb. Şahidlərin verdiyi məlumata görə, polislər onlara "niyə şikayət edirsiz?" deyib. Bundan sonra vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında qarşıdurma olub. Qadınlara zor tətbiq edilərək 27-ci polis bölməsinə aparılıb. Digər bir kişinin isə üzündən xəsarət aldığı bildirilir.

Hadisə yerində olan "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı öz vəzifəsini yerinə yetirərkən saxlanılaraq polis bölməsinə aparılıb. Buna səbəb isə onun qarşıdurma zamanı fotoreportaj hazırlaması olub. Hazırda jurnalistdən polis idarəsində ifadəsi alınır.

Hüquq-mühafizə orqanının əməkdaşı hafta.az-a açıqlamasında isə sakinlərin yolu kəsdiyini bildirib: "Tələblərinin nə olduğunu bilmirik. Saxlanılanlar var, amma dəqiq neçə nəfər olduğu bir azdan aydınlaşacaq".

AzNews.az
Top xəbərlər
Bağla X