19:57
(077) 610-22-33

Azərbaycan çempionu kanalda boğulub

  • >
174 20 May 2013 08:23 | Hadisə

Şəmkir rayonunda bədbəxt hadisə baş verib



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən günorta saat 14 radələrində rayonun Kür qəsəbəsində, Yeniabad kəndi ərazində qeydə alınıb. Qəsəbə sakini 13 yaşlı Elman Həsənov kəndin yaxınlığından keçən su kanalına düşərək batıb.

Dərhal hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli dəstəsinin əməkdaşları və Mingəçevir şəhərindən "Aran-Dalğıc" Sularda Xilasetmə dəstəsi cəlb edilib. Təxminən 5 saat davam edən axtarışdan sonra Elman Həsənovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda tapılıb və valideynlərinə təhvil verilib. Hadisə şahidlərinin sözlərinə görə, mərhum göldə ayaqlarını yuyurmuş ayağının sürüşməsi nəticəsində kanala yıxılıb.

Məlumata görə, kanalda boğulan Elman Həsənov sərbəst güləş üzrə bir neçə dəfə Azərbaycan çempionu olub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az
Bağla X