07:56
(077) 610-22-33

Evini sökmək istədilər, meyitini tapdılar

  • >
235 28 May 2013 17:55 | Hadisə

Bakıda intihar hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Dilarə Əliyeva küçəsi,119 ünvanında, "Qış Bulvarı"nın tikintisi ilə əlaqədar sökülməkdə olan evlərdən birində qeydə alınıb.

Həmin ünvanda sökülməkdə olan evlərin birində asılmış vəziyyətdə naməlum kişi meyiti tapılıb. Araşdırmalar zamanı onun paytaxtın Bakıxanov qəsəbəsinin sakini, 1950-ci il təvəllüdlü Sergey Viktroviç Vasilyev olduğu müəyyənləşib.

Polisdən onun özünə qəsd etməsinin dəqiq səbəbləri barədə məlumat verilməsə də mərhumun ailəsi tərəfindən atıldığı bildirilib. İlkin ehtimala görə, S.Vasilyev bu səbəbdən özünə qəsd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az
Bağla X