16:36
(077) 610-22-33

Gülər Əhmədova ilə bağlı yayılan videolar yenidən ekspertizada

  • >
98 12 İyun 2013 11:26 | Hadisə

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə bağlı yaydığı videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub.




Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Abdullayev Gülər Əhmədova ilə bağlı yaydığı videoların montaj olunmamış formasını istintaq orqanına göndərib. Bundan sonra istintaq orqanı tərəfindən həmin videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsinə qərar verilib. Məlumata görə, qərar bir müddət əvvəl verilib. Ekspertizanın qərarı yaxın günlərdə elan olunacaq.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X