- Köhnə - Hadisə
- 18 İyun 2013 10:45
- 1 580
Bakıda daha iki nəfər intihar edib
Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir intihar hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Alatava qəsəbəsi ev 2 ünvanında 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu özünü asaraq intihar edib. Onun meyiti yaşadığı mənzildən tapılıb.
Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Şərq yaşayış massivi yaxınlığında, "Lukoil" YDM-nin qarşısındakı yarımtikilidə 30-35 yaşlı kişi özünü asaraq intihar edib.
Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
AzNews.az