00:32
(077) 610-22-33

Bakıda metronun girişində qadın meyiti tapıldı

  • >
350 22 İyun 2013 16:50 | Hadisə

Bu gün saat 13:57 radələrində Bakının Yasamal rayonu ərazisində "20 yanvar" metrosunun girəcəyində yaşlı qadın meyiti tapılıb.

Meyit metronun girişində aşkarlanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə yerinə təcili yardım maşını çağrılıb. Lakin həkimlər meyiti götürməyiblər. Deyilənlərə görə, meyit uzun müddət yerdə qalıb.

Məsələ ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxlanılıb. Stansiyadan bildiriblər ki, hadisə yerinə həkimlər gedib. Lakin qadının artıq keçindiyi məlum olub. Bu zaman isə həkimlər meyidi hadisə yerindən götürməməlidirlər.

"Hadisə yerinə polis çağırılmalıdır. Şəxsin ölüm səbəbi araşdırılmalıdır. Meyit polisə təhvil verilməlidir", - deyə stansiyadan bildiriblər.

Məsələ ilə bağlı Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, meyit 60 yaşdan yuxarı qadına məxsus olub. İlkin ehtimala görə qadın ürəktutmasından ölüb. Lakin meyidin şəxsiyyəti hələlik müəyyən olunmayıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X