16:12
(077) 610-22-33

Azərbaycanda şirkətə maliyyə sanksiyası tətbiq edildi

  • >
221 25 İyun 2013 16:15 | Hadisə

Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "TREKA-2009" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən işə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi də müəyyən olunub.

İstehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə "TREKA-2009" MMC-yə 8,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

AzNews.az
Bağla X