- Köhnə - Hadisə
- 30 İyun 2013 22:15
- 1 888
Gəncədə bədbəxt hadisə: zibil yandırırdı, özü də yandı
Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında olub.
Kəlbəcər rayon sakini, 1955-ci il təvəllüdlü Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb.
Qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
AzNews.az