08:31
(077) 610-22-33

Bakıda qətl törədən şəxs beynəlxalq axtarışa verildi

  • >
371 5 Noyabr 2013 10:35 | Hadisə

Bakıda qətl törədən Ramil Sadıqov beynəlxalq axtarışa verilib. 32 yaşlı Sadıqova bir neçə maddə ilə ittiham irəli sürülüb.

O, böyük məbləğdə əmlakın əldə edilməsi məqsədilə qəsdən adam öldürməkdə və oğurluq yolu ilə külli miqdarda pul ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, Ramil Sadıqov Lənkəranda doğulub. O, oktyabrın 24-də Bakıda S. Rəhimov küçəsi ev 169, mənzil 1 ünvanında yaşayan iş adamı Nigar Sadıxovanı qətlə yetirib. Oktyabrın 30-da Daxili İşlər Nazirliyinin mətbuat xidməti Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqovun tutulduğuna dair xəbər yayıb.

Xəbərdə bildirilir ki, meyitin üzərinə baxış keçirilərkən onun naməlum şəxs və ya şəxslər tərəfindən başına küt (kərki) alət ilə vurularaq öldürüldüyü məlum olub. Mənzildən 26000 manat və 5100 ABŞ dolları pul götürülüb. İnterpolun saytında Sadıqovun Azərbaycan vətəndaşı olduğu göstərilsə də, əslində o, Qazaxıstan vətəndaşıdır.(lent.az)


Bağla X