21:16
(077) 610-22-33

Göyçay və Gədəbəydə yanğın olub

  • >
663 7 Noyabr 2013 19:46 | Hadisə

AzNews.az fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəx və aynabəndin yanar konstruksiyaları 34 kv.m sahədə, dam örtüyü 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəy şəhərində isə vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 16 kv.m olan köməkşi otağın tavan hissəsi yanıb. Köməkçi otağın qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az
Bağla X