03:42
(077) 610-22-33

95 saylı məktəbdəki insidentin təfərrüatları- VİDEO

  • >
3 813 22 Noyabr 2013 16:03 | Hadisə

Paytaxtın Xətai rayonu 95 saylı orta məktəbinin 10 a sinif şagirdləri Vüqar Məlikov ilə Pərviz Məmmədovun bir biri ilə dava edib.

Bundan sonra məktəbin direktoru şagirdlərin valideynlərini məktəbə çağırıb. Lakin getdikcə böyüyən mübahisə elə burda qalmaqala çevrilib. Məsələ ilə bağlı məktəbin direktor müavini yalnız şifahi məlumat verdi. Bildirdi ki, mübahisə məktəbdən kənar baş verib elə buna görədə onların bu məsələdən xəbəri yoxdur. Lakin direktor müavini onuda bildirdi ki Vüqar Məlikovun xasiyyətnaməsi onun valideyninə təqdim olunub həmin şagird məktəbin qaydalarına riayət etmir. Və buna görədə həmin iki şagird ayrı-ayrı siniflərdə oxuyacaq. Məlum olduki Vüqar Məlikov öz sinif yoldaşlarından iki yaş böyük olub. Davanı görən digər şagirdlər isə bildirir ki, mübahisə məktəbin həyətində olub.

Lakin münaqişənin hansı səbəbdən yarandığını deyən elə hadisə iştirakçısı Pərviz Məmmədov bildirir ki, davaya səbəb onun Vüqar Məlikovun oturduğu partada oturması olub. Buna görə də Vüqar Məlikov ona yumruqla zərbə endirib. Sonra bu məsələyə görə, o atasını çağırıb. Valideynlər məktəbdə olan zaman münaqişə bir az da böyüyüb.

10-cu sinif şagirdi, Pərviz Məmmədov: "Bacımın ağlamağını eşitdim dəhlizə çıxdım gördüm bacım ağlayır soruşdum nə olub? Dedi Vüqar mənə söydü qaçdı. Mən, bacım və Vüqar üçümüz bir sinifdə oxuyuruq məndə onun arxasıyla qaçdım atam da arxamla gəlirdi. Görmədim mən Vüqara çatdım dava elədik. Arxaya baxanda gördüm atam yıxılıb bizi ayırdılar".

Daha sonra valideyn və şagirdlər direktor müavinin otağında mübahisə ediblər. Mübahisənin qarşısını almaq istəyən Pərviz Məmmədovun atası Eldəniz Məmmədov bildirir ki, mətbuatda yayılan məlumatdan fərqli olaraq o Vüqar Məlikova əl qaldırmayıb.

Valideyn, Eldəniz Məmmədov: "Stolun üstündə qarşısında olan gül dibçəyini götürdü Vüqar qalxdı qışqırdı kim mənim cavabımı verə bilər deyə gül qabını qaldırdı başı üzərinə oğluma tərəf atmaq istəyəndə mən qorxdum onun üstünə qaçıb gül qabını onun əlindən aldım və stolda otuzdurdum".

Bundan başqa Pərviz Məmmədovun atası onu da bildirdi ki, oğlunun sol qaşı üzərindən aldığı zərbəyə görə tibbi ekspertiziyadan kağız alıb.

Məsələ ilə bağlı adı hadisədə hallanan Vüqar Məlikovun atası Vidadi Məlikov ilə əlaqə saxladıq. Bu məsələ ilə əlaqədar polisə müraciət etdiyini deyən valideyn bildirdi ki, elə bütün bu olanlara görə kimin günahı var o öz cəzasını çəkəcək. Hadisənin təfərrüatlarını öyrənmək üçün üz tutduq Xətai rayon 34-cü polis bölməsinə. Polis bölməsində belə bir müraciətin daxil olması faktını təsdiqlədilər. Və kimin döyüb kimin döyülməsi faktı aparılacaq təhqiqatından sonunda məlum olacağını dedilər.(anspress)


Bağla X