16:30
(077) 610-22-33

Badamdarda inanılmaz olay

  • >
310 3 Dekabr 2013 15:43 | Hadisə

Səbayel rayonu Badamdar qəsəbəsində bir binanın sakinləri 4 gündür susuz qalıb.


AzNews.az xəbər verir ki, qəsəbədə Əziz Nəzərov 7 ünvanının sakinləri sadəcə susuz deyil, həm də çarəsiz qalıb. Sakinlərin məlumatına görə, onların çıxılmaz durumu qarşısında "Azərsu" ASC-nin Səbayel rayon Su-Kanal İdarəsinin əməkdaşları bir yana, hətta Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də aciz qalıb. Belə ki, 7 saylı binanın sakinlərindən biri evdən gedərkən mənzilində suyu açıq qoyub.

Nəticədə də onun mənzilindən axan su qonşunun evinə dolub. Odur ki, qonşusunun mənzilindən axan suyu zərərsizləşdirmək üçün binanın suyunu kəsməli olub. Nəticədə isə, bina 4 gündür susuz qalıb. Müvafiq orqanlara müraciətlərin nəticə vermədiyini bildirən sakinlər isə mənzilində suyu açıq qoyan qonşunun nə zaman qayıdacağını gözləməli olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:

"1-ci mərtəbədəki qonşu evinin içərisində dik dayağı bağlayıb çıxıb gedib. Camaat qalıb susuz. Polisə və MKİS-ə də məlumat verilib. Həmin adam axtarılır. Qonşu binada sakinlər normal su alır". A.Cəbrayıllı onu da qeyd edib ki, bu cür faktlar dik dayaqların pilləkan qəfəslərinə çıxarılmasının düzgün qərar olduğunu göstərir.

Ruhiyyə
AzNews.az
Bağla X