08:16
(077) 610-22-33

Qiymət artımı ilə bağlı prezidentə müraciət - Petisiya

  • >
258 5 Dekabr 2013 10:47 | Hadisə

Azərbaycanda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq online petisiya keçirilib. "Qafqazinfo" xəbər verir ki, avaaz.org saytında yaradılan və 20 mindən çox şəxsin imza atdığı petisiyada prezident İlham Əliyevə müraciət olunub. Müraciətdə dövlət başçısından Tarif Şurasının qərarına yenidən baxmaq xahiş olunur.

Online müraciətdə qeyd olunur ki, benzinin qiymətinin qalxması yaxın gələcəkdə qida məhsullarının dəyərinin qalxmasına gətirib çıxaracaq. "Əgər biz yaxın gələcəkdə bunu görmək istəmiriksə, bir cəbhədə birləşib öz vətəndaş mövqeyimizi bildirməliyik. Mən inanıram ki, əgər biz bunu etsək, prezidentimiz bizi eşidəcək və dəstəkləyəcək".

Qeyd edək ki, dekabrın 3-dən başlayan petisiyada 20 mindən çox imza toplanılıb. Petisiya artıq qapalı elan edilib.

AzNews.az
Bağla X