09:11
(077) 610-22-33

Dəhşətli qəzada ölənlərin adları açıqlandı- Yenilənib

  • >
2 773 7 Dekabr 2013 09:44 | Hadisə

Ötən gecə Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin adları məlum olub.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.
***
09:09

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Sacman" markalı yük avtomobili ilə "Daewoo" markalı minik avtomobili toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər hadisə yerində əməliyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini həlak olub, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az
Bağla X