02:52
(077) 610-22-33

Güclü qar Şamaxıda çətinliklər yaratdı

  • >
221 9 Dekabr 2013 19:39 | Hadisə

Şamaxıda güclü qar yoların bağlanmasına səbəb olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, buz bağlayan yollarda hərəkət məhdudlaşıb.

Rayonun həm Pirqulu həm də Ağsu istiqamətlərində yollarda sürcülər çətin anlar yaşayıb. Bəzi dağlıq kəndləri ilə əlaqə kəsilib. Keçmədin, Qaladərəsi, Dəmirçi, Avaxıl, Pirbəhli, Səfalı, Zarat, Xeybəri kəndləri ilə əlaqə kəsilib.

Elə kəndlər var ki, çətinliklə də olsa getmək mümkündür. Zəncirləri olmayan maşınlar isə buzlu yolda əlacsız qalıb.

Bəzi avtomabillər sürüşərək yoldan çıxıb. Bəzi avtomabillər qarda batıb qalıb, dumanlı hava isə sürcülərə çətinlik yardıb. Yoldakı çətinlyi ardan qaldırmaq üçün 8 saylı Qobustan yol idarəsi yolun qardan təmizlənmə işlərinə başlayıb.


AzNews.az
Bağla X