- Köhnə - Hadisə
- 10 Dekabr 2013 10:18
- 2 290
Bakıda polis idarəsində intihara cəhd
Lent.az-ın məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş Astara rayon sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Zamin Həsən oğlu özünü ikinci mərtəbədən pilləkənlərin üstünə atıb. Ağır bədən xəsarətləri almış Z.Mirzəyev Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstəxanaya yerləşdirilmiş şəxsin müalicəsi nəzarət altında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
AzNews.az