21:24
(077) 610-22-33

Bakıda 2 meyit tapıldı

  • >
442 12 Dekabr 2013 13:59 | Hadisə

Dekabrın 11-də Bakıda 2 nəfərin meyiti tapılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 11-də paytaxtın Keşlə qəsəbəsi N.Abdullayev küçəsində Şərur rayon sakini Yusif Məmmədovun üzərində zorakılıq əlaməti görünməyən meyiti idarə etdiyi "KamAZ" markalı avtomobildə tapılıb.

Elə həmin gün paytaxtın Yasamal rayonu Ə.Ələkbərov küçəsində alın nahiyəsində sıyrıq xəsarəti olan 50-55 yaşlı kişi meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X