23:33
(077) 610-22-33

Sərnişin avtobusu qəza törətdi

  • >
411 17 Dekabr 2013 22:05 | Hadisə

Bu gün saat 20.30 radələrində Binəqədidən Rəsulzadə qəsəbəsində gedən yolda 133 saylı sərnişin avtobusu qara rəngli "Toyota Prado" markalı minik maşını ilə toqquşub.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə 3-cü mədən deyilən ərazidə baş verib.

Şahidlərin sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin Rəsulzadə qəsəbəsindəki növbətçi hissəsi hadisəni təqdiq edib. Hazırda qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.


AzNews.az
Bağla X