11:58
(077) 610-22-33

“Azadlıq” stansiyası çökə bilər -FOTOLAR

  • >
906 14 Avqust 2012 16:27 | Hadisə

“Bədahətən” tikilən bina təhlükə yaradır


Metronun "Azadlıq" stansiyasının üstündə yerləşən parkda yeni hüdürmərtəbəli bina tikilir. Bununla bağlı ətrafda yaşayan sakinlərin əksəriyyəti bu binanın metro stansiyasına fəsadlar verəcəyilə bağlı müvafiq qurumlara müraciət ediblər. Onlar metronun hər an çökə biləcəyindən narahatdır.

Metropolitenin rəis müavini Arif Rəsulov isə AzNews.az-a açıqlamasında bu narahatçılığın əsassız olduğunu bildirib: "Narahatçılığa əsas yoxdur, binanın tikliməsinə ekspertlər rəy verib və bu binanın metro stansiyayasına heç bir ziyanı ola bilməz. Biz buna zəmanət veririk".

Memar Nəriman Əliyev də rəis müavini ilə eyni fikirdədir. Onun sözlərinə görə, müvafiq qurumlar buna görə məsuliyyət daşıyır: "Bu boyda bir binanın tikilməsi "bədahətən" bir şey deyil. Bu barədə hökümət araşdırma aparıb ki, buna icazə veriblər. Əhalinin bu məsələ ilə bağlı narahatlığına heç bir əsas yoxdur".


Bahadur Qobustan

AzNews.az

Bağla X