16:13
(077) 610-22-33

Çəkiliş meydançasında partlayış - 6 ölü - YENILƏNİB - FOTO

  • >
312 9 Yanvar 2014 18:17 | Hadisə

Tehran-Qum avto magistralının 35-ci kilometrliyində yerləşən Müqəddəs Müdafiə Kino şəhərciyində güclü partlayış baş verib.

ANS PRESS-in Tehran müxbirinin verdiyi məlumata görə, nəticədə 6 nəfər dunyasını dəyişib, 2 nəfər yaralanıb. Ölənlərin arasında bir nəfər azərbaycanlı da var.

Hadisə rejissor Məsud Dehnəməkinin çəkdiyi "Moraciaha", yəni "Müraciət edənlər" filminin çəkilişə hazırlıq zamanı olub. Bu film İran-İraq müharibəsi motivi əsasında hazırlanır.

Bu partlayış nəticəsində şəhərciyin maşın parkındakı bir neçə avtomobil də yanıb. Ölənlərdən biri Müqəddəs Müdafiə Kino şəhərciyinin direktoru Əli Əkbər Rəncirdir. Bundan əlavə, prodüserin koməkçisi Rza Fərəci, səhnə tərtibatçısı Cavad Şərifirad və səhnə tərtibatı rəhbərinin köməkçisi Murtuza Movlayi, gozətçi Cəmşid Ehsani olub.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. 3 yaralılardan birinin vəziyyəti agır olduğundan xəstəxanada ölüb. Digər tərtibatçı Mehdi Muradi xəstəxanaya yerləşdirilib, onun vəziyəti normal hesab edilir, digər yaralı da bu gun evə buraxılıb.

****
22.31

AzNews.az İranın ingilis dilli Mehr saytına istinadən xəbər verir ki, çərşənbə günü, 8 yanvarda İranda film çəkilişi zamanı partlayış nəticəsində 5 nəfər, o cümlədən xüsusi effekt üzrə mütəxəssis həlak olub.
Agentliyin xəbərinə görə maşında qoyulmuş, xüsusi effekt yaratmaq üçün nəzərdə tutulan trotil partlayıb. Hadisə İran rejissoru Məsud Dəhnəmakinin filminin çəkilişi zamanı baş verib.
Aktyorlardan zərər çəkən olmayıb.
Xüsusi effekt üzrə İran assosiasiyasının nümayəndələri xəbərdarlıq ediblər ki, kinomatoqrafçılar partlayış imitasiyası yaratmaq üçün müasir, daha təhlükəsiz vasitələrdən istifadə etməlidirlər.


Azər
AzNews.az
Bağla X