16:45
(077) 610-22-33

Narkotik satan ərzaq mağazası aşkarlandı- Məktəbin yaxınlığında

  • >
252 9 Yanvar 2014 16:47 | Hadisə

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb.

DİN-dən daxil olan məlumata görə, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə məlumat əldə edilib. Dərhal hərəkətə keçən polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir ki, marixuana da satırmış. Rahim Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub.

Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda "Kazbek" siqaretləri, satışdan əldə edilən külli miqdarda nəğd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb. Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. Rahim Qarayev bu cinayəti ilə həm də yeniyetmə gənclərin zərərli vərdişlərə qurşanmasına şərait yaratmış olurmuş.

Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.

AzNews.az
Bağla X